Menu

3 erməni hərbi qulluqçusu öldü

07.09.2015, 13:16
3 erməni hərbi qulluqçusu öldü

Ermənistan ordusunun 3 hərbi qulluqçusu yol-nəqliyyat hadisəsi zamanı ölüb.

APA-nın "epress.am" saytına istinadən verdiyi xəbərə görə, hadisə sentyabrın 5-də, gecə saatlarında Martuni-Vardenis şosesində baş verib.

“Mercedes" markalı avtomobilin yoldan çıxaraq ağaca çırpılması nəticəsində ümumilikdə 5 nəfər ciddi xəsarət alıb. Onları Vardenis şəhərində yerləşən hərbi qarnizonun hospitalına çatdırsalar da, 3-nün həyatını xilas etmək mümkün olmayıb, 2 hərbi qulluqçunun vəziyyəti isə ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol