Menu

AŞPA müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı bəlli olub

07.09.2015, 18:02
AŞPA müşahidə missiyasının Azərbaycana səfərinin vaxtı bəlli olub

AŞPA-nın Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək missiyası sentyabrın 22-də ölkəyə gələcək.

APA-nın AŞPA-nın saytına istinadən verdiyi məlumata görə, sentyabrın 25-nə kimi davam edəcək səfər çərçivəsində müşahidə missiyasının rəhbəri Yordi Çuklanın rəhbərik etdiyi 7 nəfərlik nümayəndə heyəti Bakıda görüşlər keçirəcək. Səfərdə məqsəd Azərbaycanda parlament seçkiləri öncəsi siyasi mühiti qiymətləndirməkdir.

Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol