Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Dövlət Dumasının deputatı Dmitri Qudkov müdafiə naziri Sergey Şoyquya sorğu göndərib. O, Rusiya həbrçilərinin Suriyadakı hərbi əməliyyatlarda mümkün iştirakı barədə situasiyaya aydınlıq gətirilməsini tələb edir. Bu barədə Qudkovun özü «Exo»-ya verdiyi müsahibədə söz açıb.
Bundan əvvəl prezident Putin bu mövzuda fikir söyləyib. O, Suriyadakı hərbi əməliyyatlarda Rusiyanın iştirakı barədə danışmağı hələlik tələskənlik adlandırıb.
Bununla yanaşı, Moskva terrorçularla mübarizə aparmaq üçün Suriya hökumətinə hərbi texnika verdiyini təsdiq edir. Rusiya xarici işlər nazirliyi qeyd edir ki, bu fakt heç vaxt gizlədilməyib.
AzPolitika.info


Şərhlər