Menu

Saakaşvilinin baş nazir olması üçün 25 mindən çox imza toplanıldı

08.09.2015, 12:02
Saakaşvilinin baş nazir olması üçün 25 mindən çox imza toplanıldı

Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında onun Mixail Saakaşvilini baş nazir təyin etməsi üçün onlayn ərizə yerləşdirilib.

AzPolitika.info-nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, sabiq Gürcüstan prezidentinin baş nazir təyin olunması üçün artıq 25 mindən çox insan imza atıb.

Əgər petisiya baxışa qəbul olunsa, qanuna görə, 10 gün ərzində təxirə salınmadan icra edilməlidir. Hazırda Odessa vilayətinin qubernatoru olan Saakaşvili isə özünü baş nazir vəzifəsində görmədiyini deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol