Türkiyənin İğdır vilayətində törədilən partlayışda azı 13 nəfər ölüb.Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, hədəf sentyabrın 8-də gömrük işçilərini aparan mikroavtobus olub.
Onlar Azərbaycanla sərhəddəki gömrük məntəqəsinin əməkdaşlarıdır.
Hücum nəticəsində həmçinin 4 nəfərin yaralandığı bildirilir.
--------

Türkiyənin İğdır vilayəti ərazisində, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəddə yerləşən Dilucu gömrük-keçid məntəqəsində çalışan polislər PKK terrorçularının hücumuna məruz qalıb.
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər İğdırın Həsənxan kəndi yaxınlığında baş verib. Polisləri gömrük məntəqəsinə aparan mikroavtobus terrorçular tərəfindən partladılıb.
İlkin məlumata görə, 10 polis məmuru şəhid olub, 3-ü ağır yaralanıb.
Hazırda ərazidə terrorçularla təhlükəsizlik qüvvələri arasında atışmanın davam etdiyi xəbər verilir.


Şərhlər