Menu

Türk Hava qüvvələri 40 terroristi bombalayaraq öldürüb

08.09.2015, 12:42
Türk Hava qüvvələri 40 terroristi bombalayaraq öldürüb

Türkiyə 16 şəhidin intiqamını F-16 və F-4 türk qırıcıları ilə alıb.ANS PRESS-in məlumatına görə, Dağlıca bölgəsinə edilən hücumun ardından Türk Hava qüvvələrinə aid 35 F-16 və 18 F-4 döyüş təyyarəsi İraqın şimalına Qandil böləsinə qaçan terrorist qrupunu havadan bombalayıb.

Əvvəlcə düşərgədə 20 silahlını 130 sursatdan öldürən türklər, daha sonra digər 20 nəfəri də bombalayaraq öldürüb.

İlkin məlumatlara görə, hədəflər tam dəqiqliklə vurularaq tamamilə məhv edilib, daha bir neçəsi isə düşərgələrdə zərərsizləşdirilib.

Ötən gün Hakkarinin Dağlıca - Yüksekova rayonunda çox sayda əsgərin ölümü və yaralanması ilə nəticələnən terror hadisəsi baş verib. Hadisədə 16 nəfərin öldüyü bildirilir.

Türkiyə və PKK arasında qarşıdurma olan ərazi

Bölgədə daha əvvəl də həyata keçirilən intensiv hava hərəkatı çərçivəsində 2 ədəd “F16” və 2 ədəd “F4” ilə separatçı terror təşkilatına aid 13 hədəf vurulub. Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, əməliyyat qərarlılıqla davam etdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol