Xarici KİV-in məlumatına görə, İndoneziya 2015-ci ilin dekabrında OPEK-in üzvü olacaq. Bunu İndoneziyanın energetika naziri Sudirman Səid bu gün bəyan edib (Rosbalt).
«Biz, OPEK-in baş katibliyindən rəsmi zəmanət almışıq ki, təşkilatın bütün üzvləri İndoneziyanın tam hüquqlu üzvlüyünün bərpasını alqışlayır»-deyə, «Qazeta.Ru» indoneziyalı nazirdən sitat gətirir.
İndoneziya Cənub-Şərqi Asiyada nəhəng neft istehsalçısıdır. 01 yanvar 2009-cu ildə İndoneziyanın OPEK-də üzvlüyü dayandırılıb. Buna baxmayaraq, o, müşahidəçi statusunda təşkilatın iclaslarına dəvət olunub.
İndoneziya hökuməti neft hasilatının həcmini artırmağı planlaşdırır. Hal-hazırda bu ölkə gün ərzində 830,0 min barrel neft hasi edir.
AzPolitika.info


Şərhlər