Britaniyanın “Express” qəzeti İran səmasında Uçan Naməlum Obyektin (UNO) vurulduğunu və bu obyektin qalıqlarının Rusiyaya aparıldığını yazıb.
AzPolitika.info-nun “The Russian Times”a istinadən verdiyi məlumata görə, Yer planetinin asteroidlə toqquşacağı barədə ehtimallar və sentyabrın sonlarına gözlənilən “apokalipsis”dən bəhs edilən yazıda İranda baş verən bir hadisəyə də toxunulub.
Qəzetdə bildirilir ki, bu il iyulun 30-da baş verən kiçik meteorit yağışı hadisəsi əslində UNO-nun vurulmasından ibarət olub.
İddiaya görə, İran-Rusiya müştərək hərbi əməliyyatı nəticəsində İran səmasında UNO vurulub və Putinin əmri ilə qalıqlar tədqiqat üçün Moskvaya aparılıb.


Şərhlər