Ukraynada baş nazirin dəyişəcəyi və hazırkı Odessa qubernatoru Mixail Saakaşvilini yeni kabinetə baş nazir müavini kimi gətiriləcəyi barədə məlumatlar yayılıb.
AzPolitika.info-nun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, “Apostrof” qəzeti prezident Pyotr Poroşenkonun administrasiyasından yeni baş nazirin adını də öyrəndiyini iddia edib.
Qəzet yazır ki, hazırkı maliyyə naziri Nataliya Yaresko baş nazir, sabiq Gürcüstan prezidenti Mixail Saakaşvili isə onun islahatlar üzrə müavini olacaq.
Lakin baş nazirin birinci müacini kimi prezidentin yaxın “silahdaş”ı, xalq deputatı İqor Kononenkonun düşünüldüyü iddia olunur.

Şərhlər