Menu

İlham Əliyev Şimali Koreya liderinə təbrik məktubu göndərib

08.09.2015, 18:25
İlham Əliyev Şimali Koreya liderinə təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Koreya Əmək Partiyasının Birinci Katibi, Koreya Xalq Demokratik Respublikası (KXDR) Dövlət Müdafiə Komitəsinin Birinci Sədri, Koreya Xalq Ordusunun Ali Baş Komandanı Kim Çen Ina təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: "Ölkənizin milli bayramı – Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol