Naməlum döyüşçülər İraqın ədliyyə nazirinin müavini girov alıblar.
AzPolitika.info-nun AFP-yə istinadən verdiyi məlumata görə, “SkyNews Arabiya” telekanalı silahlı və maskalı şəxslərin nazir müavini Abdulkarem Faresi oğurladığını və Əl-Binuk rayonundan naməlum istiqamətə apardığını bildirib.
Oğurlanan şəxslər arasında İraqın Təhqiqatlar İdarəsinin rəisi də olub. Silahlı şəxslər bir neçə maşında məmurların qarşısını kəsərək onları ələ keçiriblər. Hadisənin təfərrüatı və məsuliyyət daşıyan təşkilat barədə əlavə məlumat verilməyib.


Şərhlər