Rus müxalifətçi Putinin Donbas müharibəsinə nə qədər pul xərclədiyini açıqlayıb.Axar.az “İnforesist”ə istinadən xəbər verir ki, müxalifətçi Vladimir Rujkov Prezident Vladimir Putinin Donbas əməliyyatlarına 10 milyard rubldan çox pul xərclədiyini açıqlayıb: “Putinin Donbas müharibəsinə xərclədiyi pul inanılmazdır. Bütün bunlar, təbii ki, gizli saxlanılan məlumatlardır.
Amma hər kəsə maraqlı olan Putinin bu miqdarda pulu haradan əldə etməsidir. Nə dövlət büdcəsində, nə də hansısa idarələrin büdcəsində bu qədər pulun xərclənməsi ilə bağlı ən kiçik sübut belə yoxdur. Bu pulların haradan xərcləndiyi, ümumiyyətlə, aydın deyil.
Xərclənən pulların təxmini miqdarı 10 milyard rubl olsa da, dəqiq rəqəm, hələ ki məlum deyil”.


Şərhlər