Menu

"Todini" Azərbaycanı tərk edir

09.09.2015, 11:08
"Todini" Azərbaycanı tərk edir

İtaliyanın "Todini Costruzioni Generali SPA" şirkəti Azərbaycandakı nümayəndəliyinin bağlanmasını elan edib. Şirkət kreditorlara iki ay ərzində tələblərini bildirməli olduğunu açıqlayıb.

Məlumata görə, kreditorlar öz tələblərini şirkətin Bakı şəhəri, Ələsgər Qaibov küçəsi,10Q ünvanında yerləşən "Sübhan" Biznes Mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə bildirməlidirlər.

Qeyd edək ki, şirkət Azərbaycanda 1996-cı ilin dekabrında qeydiyyatdan keçib.

Xatırladaq ki, "Todini Costruzioni Generali SPA" Azərbaycanda Ələt-Astara avtomobil magistralının tikintisi layihəsinin əsas icraçısı olub. /Report

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol