Menu

Moskvada azərbaycanlılardan ibarət silahlı dəstə saxlanıldı - VİDEO

09.09.2015, 12:02

Hebs-divara-soykenenMoskvanın mərkəzində 25-29 yaşlı azərbaycanlılardan ibarət kriminal dəstə saxlanılıb.

AzPolitika.info-nun Ntv.ru-ya istinadən verdiyi məlumata görə, banda üzvlərinin Mərkəzi, Şimal-Qərbi və Volqayanı federal dairələrdə zərgərlik mağazalarına basqınlar etdiyi bildirilir.

Rusiya DİN-in mətbuat xidmətindən bildirilib ki, həmyerlilərimiz cinayətlər zamanı odlu silahdan istifadə ediblər. Dəstə üzvlərinin davamlı olaraq ünvan və telefon dəyişdiyi, gizli həyat sürdüyü qeyd olunur. Həmyerlilərimizin qaldığı mənzildən 1,5 kiloqram zərgərlik məlumatları aşkarlanıb. Əməliyyat nəticəsində 4 nəfər azərbaycanlı kişi, 1 nəfər rusiyalı qadın saxlanılıb.

Tutulan şəxslərin adı açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol