Menu

​Keçmiş deputatın anası DİN-i məhkəməyə verdi

09.09.2015, 12:22
​Keçmiş deputatın anası DİN-i məhkəməyə verdi

Abdullayeva Zeynəb Bayraməli qızı Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini (BMC) məhkəməyə verib.

“Report”un xəbərinə görə, Z.Abdullayeva ona ölkədən çıxması üçün qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Zeynəb Abdullayeva “Araz İNC” MMC-nin sahibi və sabiq deputat, Azərbaycanda barəsində cinayət işi başlanmış Hüseyn Abdullayevin anasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol