İsveçdə icmasız qalan 16 min kilsənin binası satışa çıxarılacaq.
AzPolitikanın TT-yə istinadən verdiyi məlumata görə, son bir ildə 1 milyona yaxın dindar itirən İsveç ruhani sistemi boş qalan kilsə binalarını satışa çıxarmağı qərara alıb.
Son iyirmi ildə İsveç kilsəsinə üzv olan inanclıların sayı 2 dəfə azalıb. Bildirilir ki, 20 il əvvəl əhalinin 86 faizi kilsəyə üzv idisə, hazırda bu göstərici 45 faizə düşüb. Digər tərəfsən də, binalar üçün icarə haqqı son 3 ildə 50 faiz artıb və ruhani idarələri maddi çətinliklərlə üzləşib.
Kilsəyə gedənlərin sayının azalmasına əsas səbəblər kimi gənclər arasında dinə marağın az olması, yerli xristianların sayındakı azalma göstərilir.


Şərhlər