Menu

Zakir Fərəcov şöbə müdiri əvəzini işdən qovdu

09.09.2015, 14:29
Zakir Fərəcov şöbə müdiri əvəzini işdən qovdu

Bu dəqiqələrdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov müşavirə keçirir.

Azvision.az xəbər verir ki, müşavirə zamanı Sumqayıt şəhər təhsilində vəziyyətin ürəkaçan olmadığı bildirilib. Təhsil şöbəsinin müdir əvəzi Vaqif Ələkbərov işində verdiyi nöqsanlara görə vəzifəsindən azad olunub. İcra başçısı qeyd edib ki, təhsil sahəsində çalışanlar yalnız təhsillə məşğul olmalıdırlar: "Tədbirlər zamanı dərsdən qalma, qəbul zamanı pul alma məsələləri tamamilə yığışdırılacaq".

Onun yerinə isə Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın direktoru, "Əməkdar müəllim" Əhmədov Nizami Hüseyn oğlunun təyin olunacağı gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol