Menu

Beynəlxalq reytinq agentliyinin prezidenti istefa verdi

09.09.2015, 15:10

(FILES) - Photo shows Standard & Poor's"Standard & Poor's Ratings Services" beynəlxalq reytinq agentliyinin prezidenti Nirac Saxay istefa verib.

"APA-Economics"in RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, N. Saxay istefaya getmə səbəbini başqa imkanları dəyərləndirmək istəyi ilə əlaqələndirib.

N. Saxay bu vəzifəyə 2013-cü ilin noyabrından təyin olunub, 2014-cü il yanvarın 6-dan isə vəzifəsinin icrasına başlayıb. Buna qədər isə “Citigroup”un qiymətli kağızlarla iş və fondlara xidmət şöbəsinə rəhbərlik edib.

Qeyd edək ki, N. Saxaydan sonra agentliyə rəhbərlik “McGraw Hill Financial” təşkilatının kadrlarla iş departamentinin vitse-prezidenti Con Berisforda (John Berisford) həvalə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol