Dövlət Gömrük Komitəsi mətbuat xidməti Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində yaranmış sıxlıqla bağlı məlumat yayıb. Məlumatda bildirilir: "Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük keçid məntəqəsində fiberoptik rabitə xəttində qəza baş verdiyi üçün avtonəqliyyat vasitələrinin və sərnişinlərin sərhəddən keçidində nisbi sıxlıq yaranmışdır. Hal-hazırda problemin aradan qaldırılması üçün lazımi tədbirlər görülür və yaxın bir saat ərzində gömrük keçid məntəqəsinin normal fəaliyyəti bərpa olunacaq".


Şərhlər