Menu

“İmamzadə” kompleksinə 4 milyon manat ayrıldı - Sərəncam

09.09.2015, 18:31
“İmamzadə” kompleksinə 4 milyon manat ayrıldı - Sərəncam

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa, abadlıq-quruculuq işlərinin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol