Menu

Müxalifət partiyası terrora dəstək verməkdə ittiham olunur

09.09.2015, 19:09

pkk-qarabagTürkiyədə Seçki hökumətinin baş nazir köməkçisi Yalçın Akdoğan HDP həmsədri Selahattin Demirtaşın iqtidara və prezidentə ünvanladığı müharibə törətməyə dair ittihamlarına cavab verib.

AzPolitika.info “Sabah”a istinadən xəbər verir ki, Yalçın Akdoğan onu utanmazlıqda və böhtanda ittiham edir: "Utanmadan, sıxılmadan dövləti və hökuməti döyüş çıxarmaqla günahlandırırlar. Bu döyüş deyil, terrorist bir təşkilatın insanlarımızı qətl etməsidir. Hörmətli Demirtaş “Ana atalar övladlarına sarılamır” deyir. Bəli, o övladlar şəhid edildi. Yaxşı kim şəhid etdi? Onun əlbir olduğu terror təşkilatı şəhid etdi”, - deyə baş nazirin müavini vurğulayıb.

CHP sədri Kamal Kılıçdaroğlu da keçirdiyi mətbuat konfransında bütün partiyaları terror təşkilatları ilə aralarına xətt qoymağa çağırıb.

O, HDP binalarına hücumları pisləsə də, HDP-nin terroru pisləmə yönündə çağırışlar etməməsini də tənqid edib.

Həmçinin CHP sədri bəzi KİV-ləri terrorçuları təbliğ etməkdə qınayıb: "Terror təşkilatının silahına səsboğucu olmaq, jurnalistika deyil. Təşkilat və tərəfdarları tökülən qanı, saray didişmələri ilə bağlaya bilməzlər”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol