Menu

Cəlilabadda tarixi tapıntı - Fotolar

09.09.2015, 19:19
Cəlilabadda tarixi tapıntı - Fotolar

Cəlilabadda həyətyanı sahədə qazıntı işləri zamanı maraqlı tarixi nümunlər üzə çıxıb. Anspress-in məlumatına görə rayonun Adnalı kənd sakini Natiq Abbasov həyətində su üçün anbar qazdırarkən oradan müxtəlif tipli küplər və insan sümükləri üzə çıxıb. Qazıntı dərinləşdikcə ərazidən çıxan əşyaların sayı da çoxalıb.

Küplərdən 4 ü məişət, 1 isə böyük olduğu üçün təsərrüfat tiplidir.Bu küplərin insan məzarında olması qədim insanların axirət inancı ilə əlaqələndirilir. Küplərin içində xeyli sayda xırda muncuq və zinət əşyaları da tapılıb.

Qədim əşyaların qalıqları

Quyudan çıxan küplər

Tapılan əşyalar antik dövrdə bu ərazidə sənətkarlığın yüksək inkişafından xəbər verir. Eramızdan əvvəl 4-3 minilliyə aid olduğu ehtimal olunan tarixi nümünələr araşdırılması üçün rayon tarix və diyarşünaslıq muzeyinə təhvil verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol