Menu

Facebook istifadəçilərinin sayı 1.2 milyarda çatıb

30.01.2014, 16:01
Facebook istifadəçilərinin sayı 1.2 milyarda çatıb

Facebook sosial şəbəkəsinin son kvartallıq hesabatında deyilir ki, bu sosial şəbəkədən istifadəçilərin sayı artaraq 1,2 milyard nəfərə çatıb.

Hesabata görə, 2013-cü ildəki ümumi istifadəçilərin sayı əvvəlki ilə nisbətən 16% çoxalıb. İndi facebookdan gün ərzində 757 milyon insan istifadə edir. Onlar gündə sayta 350 milyon foto yükləyir və bir-birlərinə 10 milyarddan artıq məlumat yollayırlar. Facebook serverləri bir gündə 500 terabayt informasiya qəbul edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol