Menu

Türkiyədə HDP-yə olan hücuma millətçilərdən reaksiya: "Biz etmədik, AKP etdi"

09.09.2015, 19:34
Türkiyədə HDP-yə olan hücuma millətçilərdən reaksiya: "Biz etmədik, AKP etdi"

Türkiyədə Çanaqqala şəhərində HDP mərkəzinə edilən hücumun millətçilər tərəfindən edilmədiyi ortaya çıxıb.

Musavat.com-un türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə sözügedən şəhərdəki ülkü ocağının başqanı Selcuk Birer məlumat verib.

"Şəhidimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq Ülkü Ocaqları həmin axşam heç bir etiraza qatılmayıb. Öyrəndik ki, millətçi, bozqurd işarəsi tutan bir qrup insan iğtişaşlar yaradıb və bizə böhtan atıb. Bu adamların görüntüləri əlimizdə var, onlar AKP-nin gənclik qollarına məxsus şəxslərdir",- deyə o bildirib.

Xatırladaq ki, Türkiyənin bir çox yerlərində şəhid xəbərlərindən sonra HDP-nin bir neçə qərargahına hücumlar edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol