Menu

Tehran Vaşinqtonla danışığa getməyəcək

09.09.2015, 22:11
Tehran Vaşinqtonla danışığa getməyəcək

“İran Vaşinqtonla Tehranın nüvə proqramından kənar danışıqlar aparmayacaq”. Bunu sentyabrın 9-da İranın ali dini lideri Ayatollah Ali Xamenei bəyan edib.

O qeyd edib ki, İran ABŞ-la konkret məsələni müzakirə edib və digər məsələlərlə bağlı danışıqlar aparmaq fikrində deyil.

İyulun 14-də Tehranla 6 dünya ölkəsi arasında imzalanmış yekun nüvə sazişində Tehranın nüvə proqramını dondurması, əvəzində ona qarşı sanksiyaların yüngülləşdirilməsi və ya aradan qaldırılması nəzərdə tutulur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol