Xarici KİV-in yaydığı məlumata görə, Finlandiyanın xarici işlər naziri Timo Soyni bəyan edib ki, Avropa İttifaqı ölkələrinə qaçqın axınını dayandırmaq lazımdır (Rosbalt).
«TASS» yerli KİV-ə istinadla xəbər verir ki, Soyni miqrantlar üçün düşərgələri Avropa İttifaqının ərazilərindən kənarda açmağa çağırıb.
«Əgər bu axın dayandırılmasa, biz bunun nəticələri ilə mübarizə aparmalı olacağıq»-deyə, nazir qeyd edib. O, əlavə edib ki, Avropa İttifaqı tərəfindən qaçqınların qəbulu üzrə məcburi kvotaların tətbiq olunma mümkünlüyü üzv ölkələrin «qopma»sı ilə nəticələnə bilər.
AzPolitika.info


Şərhlər