Menu

Türkiyədə polisə növbəti hücum: ölən və yaralanan var

10.09.2015, 09:04

pkk-ceteleri-bitliste-camiyi-atese-verdi-h1412764482-300x150Türkiyədə növbəti terror hadisəsi baş verib.

APA-nın “Milliyət”-ə istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatının üzvləri Türkiyənin Tüncəli şəhərində polis postuna silahlı hücum edib.

Hadisə nəticəsində 1 polis əməkdaşı həlak olub, 1 nəfər dinc sakin olmaqla daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, terrorçular hücum zamanı qumbaraatan və uzunlüləli silahlardan istifadə ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol