Xarici KİV-in yaydığı məlumata görə, Qahirədə yəhudi dövlətinin səfirliyinin təntənəli açılış mərasimi keçirilib (Rosbalt).
İsrailin diplomatik missiyası 4 il bundan əvvəl bu ölkədən getmişdi.
Bu münasibətlə İsrailin xarici işlər naziri Dore Qold şəxsən Misirə gəlib. Ondan və səfir Xaim Korendən başqa, mərasimdə Misirin təmsilçiləri və ABŞ-ın Qahirədəki səfiri iştirak edib («Röyter»).
Məlumat üçün bildirək ki, 2011-ci ildə nümayişçilər İsrailin Qahirədəki səfirliyini dağıdandan sonra, Yerusəlim Misirdəki diplomatlarını geri çağırmışdı. Ölkədə qalan səfir isə Qahirənin kənarında iqamətgah almışdı.
AzPolitika.info


Şərhlər