Menu

İstehlak kreditləri kiçilir - Cədvəl

10.09.2015, 11:45
İstehlak kreditləri kiçilir - Cədvəl

Azərbaycanda fiziki şəxslərə verilən istehlak kreditlərinin orta məbləği azalır.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu ilin iyul ayının yekunlarına görə, adambaşına verilən istehlak kreditlərinin orta məbləği 3 187 manat təşkil edib. Bu, bir ay əvvələ nisbətən 67 manat, 2015-ci ilin əvvəli ilə müqayisədə isə 196 manat azdır.

Ümumiyyətlə, araşdırma göstərir ki, istehlak kreditlərinin adambaşına düşən orta məbləği 2012-ci ildən artmağa başlayıb və bu ilin fevralında ən yüksək həddə (3 605 manat) çatıb. Bundan sonra isə həmin göstərici azalmaqdadır. Kreditlərin orta məbləğinin azalmasının səbəbi, həm müştərilərin kredit götürməyə ehtiyatla yanaşması, eləcə də bankların müştərilərə tələbləri sərtləşdirməsi ilə bağlıdır.

İllər Orta məbləğ
2011, dekabr 2 862 manat
2012, dekabr 2 847 manat
2013, iyun 3 028 manat
2013, dekabr 3 226 manat
2014, mart 3 205 manat
2014, iyun 3 232 manat
2014, sentyabr 3 292 manat
2014, dekabr 3 383 manat
2015, yanvar 3 343 manat
2015, fevral 3 605 manat
2015, mart 3 520 manat
2015, aprel 3 442 manat
2015, may 3 349 manat
2015, iyun 3 254 manat
2015, iyul 3 187 manat

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol