Menu

Britaniyadan gözlənilməz çağırış: “Türkiyəyə müdaxilə edin!” - VİDEO

10.09.2015, 12:34
Britaniyadan gözlənilməz çağırış: “Türkiyəyə müdaxilə edin!” - VİDEO

Türkiyənin xüsusi təyinatlı qüvvələri tərəfindən PKK hədəflərinə zərbələr endirilməsi Böyük Britaniya mətbuatında narahatlıqla qarşılanıb.

AzPolitika.info-nun “Haberler”ə istinadən verdiyi məlumata görə, bəzi Britaniya KİV-ləri hətta “Türkiyəyə müdaxilə edin!” çağırışlarına da əl atıblar.

“Daily Telegraph”, “Independent”, “The Times”, BBC ve “The Guardian” kimi media qurumları Türkiyə xüsusi təyinatlıları ilə bağlı xəbərləri manşetə çıxararaq, ən 400 PKK üzvünün öldürüldüyünü, 12-si bomba mütəxəssisi olan 100 terrorçunun da “paketlənərək” Türkiyəyə gətirilməsini yazdılar.

Dağlıca terrorundan sonra sərhədləri keçən xüsusi təyinatlıların PKK-ya ağır zərbə vurduğunu yazan britaniyalı jurnalistlər Türkiyədəki vəziyyətə müdaxilə etməyin vacibliyini vurğulayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol