Menu

Rusiyanın Suriyaya silah satışında yeni məqamlar

10.09.2015, 14:39
Rusiyanın Suriyaya silah satışında yeni məqamlar

Rusiyanın “Kommersant” qəzeti Suriyada rusiyalı hərbi eskpertlərin fəaliyyəti və Moskvanın Dəməşqə dəstəyi ilə bağlı yeni məqamları üzə çıxarıb.

AzPolitika.info-nun sözügedən qəzetin saytına istinadən verdiyi məlumata görə, son zamanlar yayılan məlumatları Rusiyanın hərbi-texniki əməkdaşlıq sahəsində çalışan mənbələr təsdiqləyib.

Onların sözlərinə görə, hazırda atıcı silahların, BTR-82A zirehli texnikası və “Ural” hərbi maşınları, qranatamyotların və lokal hərbi əməliyyatların aparılması üçün lazımı silah-sursatın Suriyaya çatdırılması həyata keçirilir və böyük bir partiyanın çatdırılması artıq başa çatmaq üzrədir.

Qəzetin həmsöhbətləri vurğulayıb ki, silah satışı beynəlxalq hüquq çərçivəsində aparılır.

Mənbə dəqiqləşdirib ki, bu təchizatın bir hissəsi Suriyanın S-300 raket komplekslərinə ayırdığı 400 milyon dolların hesabına aparılır. Həmin raket komplekslərinin satışı isə Moskvanın İsraillə məsləhətləşməsindən sonra təxirə salınmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol