Fransanın sabiq prezidenti Nikolya Sarkozi Qərb dövlətləri tərəfindən Rusiya ilə yenidən “soyuq müharibə” şəraiti yaradılmasını “ciddi səhv” adlandırıb.
AzPolitika.info-nun Lenta.ru-ya istinadən verdiyi məlumata görə, Sarkozi “Le Figaro” qəzetinə verdiyi müsahibəsində bildirib ki, “İslam Dövləti” (İŞİD) qruplaşması ilə mübarizədə Moskvanın köməyinə ehtiyac var.
“Biz Moskva ilə soyuq müharibə səhifəsini çevirməliyik. Moskvanı İŞİD-lə mübarizəyə cəlb etmək lazımdır. Lakin bu o demək deyilki, biz Donetskdə baş verən hər şeyi qəbul edirik”, - deyə N.Sarkozi vurğulayıb.
Bundan başqa, Sarkozi Rusiyanı “G-8” qrupuna qaytarmağa və ət embarqosuna son verməyə çağırıb: “Rusiyalı və avropalılar arasında yeni dialoq başlamalıdır. Bu, hər iki tərəfin maraqlarına cavab verir”.


Şərhlər