Menu

Azərbaycan və İran Xəzər dənizində əməkdaşlıq edəcək

10.09.2015, 17:07

caspian_sea_oil_rig_270214İranın Milli Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında neft və qaz sahəsində əməkdaşlığın yeni mərhələsi başlayıb.

“APA-Economics”in İran KİV-lərinə istinadən verdiyi xəbərə görə, əməkdaşlıq Xəzər dənizində neft və qaz yataqlarının kəşfinə və genişləndirilməsinə əsaslanacaq.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə İran və Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın genişlənə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu əlaqələr gələcəkdə ikitərəfli iqtisadi münasibətlərin inkişafına təkan verəcək.

Yeri gəlmişkən, İranın Xəzər Kəşfiyyat və Hasilat Şirkətinin (KEPCO) nümayəndə heyəti SOCAR rəsmiləri ilə görüş keçirib. KEPCO-nun kəşfiyyat işləri üzrə direktoru Yusif Etemadi (Yousef Etemadi) görüş çərçivəsində iranlı mütəxəssislərin azərbaycanlı həmkarları ilə fikir mübadiləsi apararaq texniki və texnoloji prosedurlarla tanış olduqlarını qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol