Menu

Erməni şahmatçılar Bakıda

10.09.2015, 18:13
Erməni şahmatçılar Bakıda

Erməni şahmatçılar açılış mərasimi bu gün keçiriləcək şahmat üzrə Dünya Kubokunda iştirak üçün Bakıya gəliblər.

Dünya Kubokunun ilk yarışları artıq sabah start götürəcək. Oxu.az xəbər verir ki, ən güclü erməni şahmatçı Levon Aronyan qarşıdakı turnirin çox güclü və çətin olacağını düşünür.

“Bacardığım qədər uğurlu çıxış etmək istəyirəm. Lakin rəqiblər güclüdür. Azərbaycanlı şahmatçılar Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovu qeyd etmək istəyirəm.

Mənə Bakı haqqında çox danışıblar. İmkan olarsa, turnirin sonuna yaxın şəhərə baxmaq istərdim”, - deyə, o, bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol