Menu

Daha bir toyda kütləvi dava: 3 nəfərin qanı töküldü

10.09.2015, 21:57
Daha bir toyda kütləvi dava: 3 nəfərin qanı töküldü

Lənkəranda toyda kütləvi dava olub.Hadisə sentyabrın 10-da axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib.

Nəticədə davanın iştirakçılarından 3 nəfər - şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Hazırda onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülür.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıb (APA).

Virtualaz.org saytı xatırladır ki, dünən də Bərdə rayonunda toyda qız və oğlan evi arasında dava düşmüş, 6 nəfər ağır yaralanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol