Menu

Xaricdən alınan telefonların ölkəyə gətirilməsinə məhdudiyyət qoyula bilər

11.09.2015, 09:36
Xaricdən alınan telefonların ölkəyə gətirilməsinə məhdudiyyət qoyula bilər

Azərbaycan vətəndaşlarının xaricdə əldə etdikləri mobil qurğuları ölkəyə gətirməsinə məhdudiyyət qoyula bilər. Bunu telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, bu təşəbbüs hələ rəsmi qaydada nəzərdən keçirilməyən ideyadır.

Mənbə bildirib ki, söhbət ölkəyə mobil qurğuların gətirilməsini qadağan edən müvəqqəti çərçivədən gedir: "Məsələn, Türkiyədə hər bir vətəndaş iki ildə yalnız bir dəfə ölkəyə mobil telefon gətirə bilər. Türkiyədə bu təcrübəni daxili istehsalı qorumaq üçün tətbiq ediblər. Lakin bu cür təcrübə Azərbaycanda tətbiq edilə bilməz, çünki Türkiyədən fərqli olaraq ölkəmizdə mobil qurğu istehsal edilmir. Buna rəğmən, yekun qərarı hökumət verməlidir".

O, əlavə edib ki, hazırda vətəndaşlar əvvəlki kimi məhsulları internet üzrə Azərbaycan hökumətinin qəbul etdiyi qərarlara uyğun olaraq sifariş edə bilərlər.

Söhbətin getdiyi tənzimləmə tədbirləri spekulyasiya faktlarının qarşısının alınmasını da nəzərdə tutur. Bununla da ölkəyə gətirilən malların təsnifatı məsələsinə baxılır. Yəni malın şəxsi istehlak, yaxud kommersiya məqsədilə idxal edildiyi öyrənilir. /Trend

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol