Menu

"Əvvəlkindən də güclü olacağıq..." - Hafiz Məmmədov

11.09.2015, 11:28
"Əvvəlkindən də güclü olacağıq..." - Hafiz Məmmədov

"Onlar daim mənimlə olacaqlar"

"Bakı"nın prezidenti Hafiz Məmmədov futbol klubunun bazasını ziyarət edib. AzPolitika.info-nun məlumatına görə, Məmmədov I divizionun ilk turu çərçivəsində “Şərurspor”a qarşı baş tutan oyundan (2:1) sonra bazaya baş çəkib. Komandanı əzmkar qələbə münasibəti ilə təbrik edən klub prezidenti, bundan sonra hər şeyin yaxşı oilacağını qeyd edib:

“İlk növbədə sizi bugünki əzmkar qələbə münasibəti ilə təbrik edirəm. Sona qədər mübarizə aparıb, layiqli qələbə qazanmağınız məni çox sevindirdi. Son aylar ərzində “Bakı”da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə “Bakı” əvvəlki kimi iddialı olacaq.

Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarınının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və “Bakı” əvvəlkindən də güclü olacaq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol