Sabiq səhiyyə naziri Əli İnsanovun apellyasiya məhkəməsi ləngiyir. “Yeni Müsavat”ın müxbiri Elşən Məmmədəliyevin verdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində saat 11.00-da başlamalı olan məhkəmə qeyri-müəyyən vaxta qədər gecikir.

Əli İnsanovun məhkəməyə saat 12 radələrində gətiriləcəyi gözlənilir. Müxbirimiz dəqiqləşdirib ki, sabiq naziri gətirən maşın yola çıxıb. Amma onun məhkəməyə nə vaxt çatacağı bəlli deyil.

Qeyd edək ki, bu günkü məhkəmə prosesində Əli İnsanovun Ədliyyə Nazirliyinə qarşı iddiasına baxılacaq.