Menu

AKP-nin qurultayına Azərbaycandan 2 partiya dəvət olunub (FOTO)

12.09.2015, 13:55
AKP-nin qurultayına Azərbaycandan 2 partiya dəvət olunub (FOTO)

Bu gün Ankara şəhərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının V qurultayı keçirilir. AzPolitika.info-ya daxil olan məlumata görə, AKP-nin ali yığıncağına Azərbaycandan 2 siyasi partiya dəvət olunub.

Bunlar Ədalət və Yeni Azərbaycan partiyalarıdır.

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov və onun müavini Ayaz Əfəndiyev, Yeni Azərbaycan Partiyasından  İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərliyi ilə partiyanın nümayəndə heyəti bu məqsədlə Türkiyədə səfərdədir.

YAP nümayəndə heyətinə Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev və partiyanın Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı daxildir.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol