Etibarlı hava-kosmik müdafiə sistemi olmayan dövlətlər suverenliklərini itirmək riski altına düşürlər. Bu bəyanatla Rusiya Müdafiə nazirliyinin kollegiya iclasında nazir Şoyqu çıxış edib. O, bu qənaətə müasir silahlı münaqişələrin analizindən sonra gəldiyini bildirib (Rosbalt).
«Perspektivdə silahlı mübarizənin gedişi və nəticələri başlıca olaraq, hava-kosmik sferadakı qarşıdurma sayəsində müəyyən olunacaq»-deyə, nazir kollegianı açarkən qeyd edib. Onun sözlərinə görə, məhz buna görə də dünyanın aparıcı dövlətləri hava-kosmik hücum və müdafiə vasitələrinin inkişafına öz hərbi büdcələrinin böyük hissəsini xərcləyirlər («İnterfaks»).
Nazir hesab edir ki, hava-kosmik hücum vasitələrinə qarşı «adekvat və effektiv tədirlərin» işlənib hazırlanması üçün qəfil döyüş hazırlığı yoxlamalarının nəticələri, hərbi təlimlər, məşqlər və hərbi-elmi tədqiqatların nəticələri analiz olunub.
Şoyqu qeyd edib ki, hava-kosmik müdafiənin 3 əsas sistemaltısı müəyyən edilib: kəşfiyyat və hava-kosmik hücum xəbərdarlığı, hava-kosmik hücum qüvvə və vasitələrinin vurulub məhv edilməsi və hava-kosmik müdafiənin idarə və təmin olunması: «Yeni strukturun tətbiq edilməsi ümumi rəhbərlik altında, vahid plan və məqsəd üzrə, döyüş idarəçiliyinin vahid konturları daxilində həyata keçirilməlidir»-deyə, nazir qarşıya konkret vəzifələr qoyub.
Silahlı qüvvələrin yeni növü Rusiyada avqustun1-dən - ölkədə Hava-kosmik qüvvələrin (HKQ) yaradılmasından sonra döyüş növbəsinə gətirilib. Yeni struktur, Hava-kosmik qüvvələrin və Hərbi-hava qüvvələrinin birləşməsi nəticəsinə formalaşıb. Yeni qüvvələrə rəhbərlik bundan əvvəl Hərbi-hava qüvvələrinə başçılıq etmiş general-polkovnik Viktor Bondaryova tapşırılıb.
Hazırda hərbi-kosmik qüvvələrə aviasiyanın bütün növləri, hava hücumundan müdafiə və raket əleyhinə müdafiə qüvvələri, eyni zamanda kosmik qüvvələrin bölmələri (kosmik aparatların orbitə çıxarılması və idarə olunmasına cavabdeh olan bölmələr), meteoroloqlar və digər köməkçi qüvvələr daxildir.
AzPolitika.info


Şərhlər