Menu

Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

12.09.2015, 14:34
Azərbaycan və Türkiyə hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı general-polkovnik Elçin Quliyev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alper Coşkunla görüşüb.

Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə səfir Türkiyənin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi general-mayor İhsan Başbozkurtu E.Quliyevə təqdim edib.

DSX-nin rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edərək bildirib ki, Türkiyə Silahlı Qüvvələri ilə ikitərəfli əlaqələrin hazırki vəziyyəti qanedici səviyyədədir.

Görüşdə gələcək əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol