Menu

Ukrayna Berluskoninin Krım səfərinə reaksiya verdi

12.09.2015, 16:59
Ukrayna Berluskoninin Krım səfərinə reaksiya verdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin Krım səfərini qınayırıq.

Axar.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. Kiyev Berluskoninin Krım səfərini beynəlxalq normaların kobud şəkildə pozulması adlandırıb: “Rusiya Prezidenti Vladimir Putinlə İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin sentyabrın 11-də Krım yarımadası və Sevastopola səfərini qınayırıq. Bu səfərlərin heç biri Ukrayna dövləti ilə razılaşdırılmayıb. Berluskoni və Putinin Krım səfəri beynəlxalq normaların kobud şəkildə pozulmasıdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol