Avstriya kansleri Verner Fayman qaçqınları geri qaytaracaqları ilə bağlı Macarıstan baş naziri Viktor Orbanın bəyanatının nasist dövrünü xatırlatdığını bildirib. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, kansler bildirib ki, insan haqlarını dini əlamətlərə görə bölmək – hiddət doğurur.
“Qaçqınları qatarlara doldurmaq ki, onlar daha hara isə gedəcəklər nasional-sosializmin ən qaranlıq dövrlərini xatırladır”, - deyib kansler.
Bundan əlavə, Fayman məcburi kvota üzrə qaçqınları qəbul eləmək istəməyən Macarıstana və digər Şərqi Avropa ölkələrinə qarşı maliyyə sanksiyaları tətbiq eləməyə çağırıb: “Qaçqın dalğasının qarşısını almaq üçün həmrəylik prinsipini pozanlara cəzalar tətbiq eləmək lazımdır”.
Cəza qismində Fayman Avropa Birliyinin struktur fondundan ilk növbədə AB üzvü olan Şərqi Avropa ölkələrinə ayırmaları azaltmağı təklif edib.


Şərhlər