Bu gün Azərbaycan prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Mədəni dəyər anlayışı gənclərin gözü ilə” layihəsinə yekun vurulub.
Layihənin məqsədi yeniyetmə gənclərin mədəni dəyər prinsiplərinin formalaşması, mədəni dəyər təsəvvürlərinin genişləndirilməsi və bunun onlara aşılanması olub. Bu məqsədlə Bakı şəhəri ərazisində yerləşən on məktəbdə yuxarı sinif şagirdlərinə mühazirələr oxunub, prezentasiyalar keçirilib.
Məktəblilərin və müəllimlərin iştirak etdiyi tədbirdə mövzu ilə bağlı ekspertlər - əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, əməkdar rəssam Həsənağa Məmmədov və əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu gənclərə öz tövsiyələrini verib, təkliflərini səsləndiriblər.
Tədbirin sonunda yeniyetmələrin mövzu ilə bağlı hazırladıqları məruzələrə, təqdimatlara baxış olub. Məktəblilər layihə rəhbəri Ayla Mürsəliyeva tərəfindən müxtəlif görkəmli tarixi şəxsiyyətlərin həyatlarından bəhs edən kitablarla mükafatlandırılıb.









Şərhlər