Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sentyabrın 12-də keçirilən V qurultayında iştirak etmək üçün bu ölkədə səfərdə olan Ədalət Partiyasının sədri İlyas İsmayılov bir sıra görüşlər keçirib.
Partiyadan AzPolitika.info-ya verilən məlumata görə, İ.İsmayılovun AKP sədrinin beynəlxalq əlaqələr üzrə müavini, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu və Siirt millət vəkili, professor Yasin Aktayla görüşlərində regionumuzdakı durum, Azərbaycanın ərazi bütövlüyü məsələsi, Azərbaycana əsassız basqılar fonunda Qərbin riyakar siyasəti və digər aktual məsələlər haqda fikir mübadiləsi aparılıb.
Turkiyənin hər zaman Azərbaycanın yanında olmasının vacibliyi vurğlanıb.




Şərhlər