Xarici KİV-lər xəbər verir ki, 2015-ci ilin birinci yarısında Almaniyanın Ərəbistan bölgəsinə atıcı silahların və əsgəri təchizat predmetlərinin ixracı 7,9 milyon avro artıb ki, bu da 2014-cü ilin uyğun dövrü ilə müqayisədə 32 dəfə çoxdur (Rosbalt).
«Bildam Sonntag»-ın Almaniya iqtisadiyyat nazirliyinə istinadla yaydığı məlumata görə, 2014-cü ilin birinci yarısında atıcı silahların ixrac həcmi 246 min avro təşkil edib. Bu göstərici 2015-ci ilin uyğun dövründə 7,9 milyon avro olub.
Qeyd olunur ki, burada söhbət təkcə atıcı silahlardan yox, həm də onların ehtiyat hissələrindən və əsgəri təchizat predmetlərindən gedir.
Bu arada hərbi ekspert Yan van Aken Almaniya iqtisadiyyat naziri və vitse-kansleri Ziqmar Qabrielin fəaliyyətini təqdir etməyən fikirlər səsləndirib.
«Almaniya Federativ Respublikasının iqtisadiyyat naziri (AFR Ziqmar) Qabriel atıcı silahların tənqidindən həvəslə danışır, amma bu zaman vətəndaş müharibəsinin qızışdığı və insan haqlarının pozulduğu Yaxın Şərq bölgəsinə dayanmadan həmin silahları ixrac edir»-deyə, nəşr ekspertdən sitat gətirir.
AzPolitika.info


Şərhlər