Menu

Erməni "diversant" Mamiko tibbi yoxlamadan keçirilib - VİDEO

31.01.2014, 16:46
Erməni "diversant" Mamiko tibbi yoxlamadan keçirilib - VİDEO

Tovuzda hərbçilərimiz tərəfindən ələ keçirilən kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan müvafiq tibbi proseduradan keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyaların tələblərin uyğun olaraq Mamiko Xocayanın sağlamlıq durumunu müəyyənləşdirmək üçün hərtərəfli tibbi yoxlama keçirilib.

Xatırladaq ki, Müdafiə Nazirliyi Tovuzda kəşfiyyat-diversiya qrupunun bələdçisinin ələ keçməsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 28-də saat 15.00 radələrində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı alınıb. Qısa atışmadan sonra geri çəkilən düşmənin kəşfiyyat-diversiya qrupunun bələdçisi Mamiko Xocayan silahlı və yaralı vəziyyətdə əsgərlərimiz tərəfindən ələ keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol