İŞİD terrorçuları orqan ticarətinə başlayıb.Axar.az “Əl Ərəbiyə” televiziyasına istinadən xəbər verir ki, orqan qaçaqçılığı üçün İraqın Mosul şəhərində xüsusi bir klinika yaradılıb.
Kürdüstan Demokratik Partiyasının sözçüsü Səid Mamuzini sözügedən klinikanın İraqın sabiq lideri Səddam Hüseynin Mosuldakı sarayında yaradıldığını deyib. Onun sözlərinə görə, terrorçular cəza verilən şəxsləri ölüm, yaxud orqanlarından birini vermə kimi seçim qarşısında qoyur. Mamuzini İraq ordusu ilə döyüşlərdə həlak olan İŞİD üzvlərinin orqanlarının da satıldığını bildirib.

Şərhlər