QafqazMüsəlmanları İdarəsi (QMİ) “Aşurbəy” və Müşfiqabad dini icmalarının idarənin təşkilati tabeçiliyində olmadığı bəyanat yayıb.
Bu sənədlə QMİ mətbuatın İçərişəhərdəki “Aşurbəy” məscidində və Müşviqabad qəsəbə məscidində fəaliyyət göstərən icmalara nəzarət təşkil etməməsi, bu icmalara din xadimləri təyin etməməsi ittihamlarına cavab verir.
Adı çəkilən dini icmalar dəfələrlə xəbərdarlığa baxmayaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçməyib. Buna görə də bu məscidlərə QMİ din xadimlərinin təyinatı həyata keçirməyib. Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub.
Bu icmalar QMİ-nin nəzarətində olmadığı üçün özlərini həmin məscidlərin imam və axundu kimi təqdim edənləri QMİ tanımır.(contact.az)

Şərhlər