Menu

Böhrana reaksiya verəcəklər

15.09.2015, 10:49
Böhrana reaksiya verəcəklər

Rusiya Müdafiə Nazirliyinin nəzdində Kollektiv Təhlükəsizlik və Müqavilə Təşkilatının (KTMT) böhrana reaksiya mərkəzi yaradılır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə məlumat verən Xarici İşlər Nazirliyindəki mənbə bildirib ki, təşkilatın kollektiv təhlükəsizlik şurasının 2014-cü il dekabr sessiyasının qərarı praktik müstəviyə çıxarılıb.

O, həmçinin təşkilatın 2025-ci ilə kimi olan kollektiv təhlükəsizlik strategiyasının razılaşdırılması istiqamətində işlərin aktivləşdiyini bildirib.

Bu çərçivədə ekspertlərin bir neçə görüş və məsləhətləşmələrinin keçirilməsi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol